13/09/2021
12:57
3341
| A A A
İbrahimoviçdən əla statistika

İtaliya A Seriyasını 3-cü turunda Lazio ilə oyun Milan-ın futbolçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, 39 yaşlı hücumçu sözügedən görüşdə (2:0) fərqlənməklə karyerasında ardıcıl 24-cü mövsümdə qol hesabını açmağı bacarıb. O, ötən 23 mövsümün hər birində qol vurub.

Qeyd edık ki, İbrahimoviç karyerası ərzində Barcelona, PSG, İnter, Juventus, Ajax, Manchester United, Los Angeles Galaxy və Malmö kimi klublarda oynayıb.