15/09/2021
12:28
1280
| A A A
Lazio-nun baş məşqçisi cəzalandırıldı

Lazio-nun baş məşqçisi Mauritsio Sarri iki oyunluq cəzalandırılıb.

Goal.az xəbər verir ki, bu barədə İtaliya A seriyasının rəsmi saytı məlumat yayıb.

62 yaşlı məşqçi A seriyasının 3-cü turunda Milan-a 0:2 hesabıyla uduzduqları oyundan sonrakı davranışlarına görə belə cəzaya məruz qalıb. O, həmin oyundan sonra rəqib futbolçularla münaqişəyə girişdiyi üçün qırmızı vərəqə almışdı.

Sarri A seriyasında Cagliari və Torino-ya qarşı keçirəcəkləri oyunlarda texniki zonada yer ala bilməyəcək.