15/09/2021
12:52
1454
| A A A
İtaliya klubunda yeni çalışdırıcı

Verona komandasının yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra İqor Tudor çalışdıracaq.

Xorvatiyadan olan 43 yaşlı mütəxəssislə müddəti bu mövsümün sonuna kimi olan müqavilə imzalanıb.

Tudor son olaraq Juventus-da Andrea Pirlonun köməkçisi vəzifəsində çalışıb. O, Verona-da ötən gün istefaya göndərilən Eusebio Di Françeskonu əvəzləyib.