15/09/2021
13:39
1090
| A A A
Cagliari-nin yeni çalışdırıcısı bilindi

Cagliari-nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Goal.az xəbər verir ki, komandanı Valter Matsari çalışdıracaq. 60 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Matsarinin son iş yeri Torino olub. O, karyerası ərzində İnter, Napoli, Sampdoria, Watford kimi komandaları da çalışdırıb.

Qeyd edək ki, Cagliari hazırda A seriyasının turnir cədvəlində 1 xalla 17-cidir.