13/10/2021
16:40
605
| A A A
Milan-da koronavirus şoku

Fransa millisinin və Milan-ın futbolçusu Teo Ernandez koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, UEFA Millətlər Liqasının oyunlarından sonra 24 yaşlı müdafiəçidən götürülmüş testin nəticəsi müsbət çıxıb. Karantinə alınan oyunçunun vəziyyətinin yaxşı olduğunu bildirilib.

Qeyd edək ki, Fransa yığması UEFA Millətlər Liqasının qalibi olub. Teo Ernandez Milan-ın heyətində cari mövsüm 9 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.