Milan-a qarşı kobud səhv edən hakim cəzalandırıldı
İtaliya A Seriyasının 22-ci turunun Milan – Spezia (1:2) oyununun baş hakimi Marko Serra İtaliya çempionatının növbəti iki turunda hakimlikdən kənarlaşdırılıb.
Goal.az xəbər verir ki, İtaliyalı Hakimlər Assosiasiyası və hakimin özü Milan klubundan üzr istəyib.
Xatırladaq ki, Serra Milan-ın hücumçusu Junior Messiasın qolunda çox kobud səhv etdi, o, oyunçunun zərbəsindən əvvəl fit çaldı və topa sahib olduqlarına baxmayaraq milanlıların xeyrinə cərimə zərbəsi təyin etdi. Bununla da qol qeydə alınmadı.