20/01/2022
14:57
3143
| A A A
İtaliya klubuna texniki məğlubiyyət verildi

Salernitana-ya texniki məğlubiyyət verilib.

Goal.az xəbər verir ki, informasiyanı A Seriyasının rəsmi saytı yayıb.

Salerno təmsilçisinin 19-cu turda Udinese ilə oyuna çıxmaqdan imtina etdiyi üçün cəzalandırıldığı bildirilib. 0:3 hesablı yenilgi ilə üzləşən klubun hesabından da 1 xal silinib.

Salernitana dekabrın 21-də keçirilməli olan bu qarşılaşmaya komandada koronavirusa yoluxanların sayının çoxluğunu səbəb göstərərək çıxmaq istəməmişdi.

Salernolular hazırda 10 xalla turnir cədvəlinin sonuncusudur.

GÜNÜN ƏN ÇOX OXUNANLARI