23/01/2022
22:16
821
| A A A
Qəbələ-nin futbolçusu İordaniya millisində

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışlarını davam etdirən “Qəbələ”nin futbolçusu Omar Hani İordaniya millisinə çağırılıb.

Goal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi millinin toplanışına qatılmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollanıb. İordaniya klublarında çıxış edən futbolçular yanvarın 21-dən toplanışda olsalar da, legioner həyatı yaşayan oyunçular, o cümlədən Omar komandaya sonradan qoşulub.

Asiya kubokunun fevralda baş tutacaq seçmə oyunlarına hazırlıq xarakteri daşıyan toplanış yanvarın 28-dəki yoldaşlıq görüşü ilə yekunlaşacaq. İordaniya millisi həmin gün Abu-Dabidə Yeni Zelandiya ilə üz-üzə gələcək. Bu matçdan sonra geri qayıdacaq Omar ayın 29-da “Qəbələ”nin düşərgəsinə qatılacaq.