İnter baş məşqçisiylə bağlı qərarını verdi
İnter rəhbərliyi baş məşqçi Simone İnzaqidən razıdır.
Goal.az xəbər verir ki, klub rəhbərliyi müqavilənin uzadılması üçün İnzaqi ilə danışıqlar aparır. İnter İnzaqi ilə 2024-cü ilin yayına qədər hesablanmış yeni müqavilə imzalamaq istəyir.
Milan klubu baş məşqçinin maaşını 4,2 milyon avrodan 5,3 milyona yüksəltməyə hazırdır.
Qeyd edək ki, İnter A Seriyasının turnir cədvəlində lider Milan-dan 2 xal geri qalaraq 2-ci yerdədir.