Lazio Sarriylə bağlı yekun qərarını verdi
Lazio baş məşqçisi Maurisio Sarri ilə müqaviləni uzadıb.
Goal.az xəbər verir ki, tərəflər 2025-ci ilin yayına qədər nəzərdə tutulan anlaşma imzalayıb.
63 yaşlı mütəxəssis 2021-ci ildən Roma təmsilçisini çalışdırır. Onun əvvəlki müqaviləsi 2023-cü ilin yayında bitməli idi.
Qeyd edək ki, Lazio son mövsümdə A seriyasını 5-ci pillədə bitirib.