Juventus ulduz futbolçusunu göndərir
Juventus futbolçusu Aaron Remzi ilə yollarını ayırmaq istəyir.
Goal.az xəbər verir ki, Turin təmsilçisi illik 7 milyon avro maaş alan yarımmüdafiəçi ilə vidalaşmaq niyyətindədir. "Qoca sinyora" klubla müqaviləsi 2023-cü ilin yayına qədər olan Remzi ilə sözləşməni ləğv edəcək.
Qeyd edək ki, 31 yaşlı oyunçu son mövsümü Rangers-də icarədə keçirib.