Milan-ın səhmləri satıldı
ABŞ-ın RedBird Capital Partners şirkəti Milan-ın səhmlərinin 70%-ı satın alıb.
Goal.az xəbər verir ki, şirkət bununla bağlı Elliott-la razılıq əldə edib.
Tamamlama prosesi sentyabrdan gec olmadan başa çatacaq. Müqavilənin məbləği 1,2 milyard avrodur.
Qeyd edək ki, Milan son mövsümdə İtaliya çempionu olub.