01/06/2022
18:50
2237
| A A A
Braziliya millisində şok itki

PSG-nin və Braziliya millisinin futbolçusu Neymar yığmanın bugünkü məşqini vaxtından əvvəl tərk edib.

Goal.az xəbər verir ki, açıq məşq zamanı 30 yaşlı hücumçu sağ ayağında ağrı hiss edib. Ona görə də Neymar məşqdən vaxtından əvvəl ayrılıb.

Qeyd edək ki, Braziliya millisi sabah Cənubi Koreya ilə yoldaşlıq oyunu keçirəcək.