07/06/2022
20:07
1847
| A A A
Atalanta-da ayrılıq

Atalanta baş məşqçisi ilə yollarını ayıra bilər.

Goal.az xəbər verir ki, italyalı mütəxəssis Can Pyero Qasperini Atalanta-dakı postunu tərk etməyə yaxındır. Qasperini 2016-cı ildən Atalanta-nı çalışdırır. Klub ötən mövsüm A Seriyasında 8-ci pillədə qərarlaşdı.

Qeyd edək ki, Atalanta rəhbərliyi Qaspirinin əvəzedicisi kimi bu posta İqor Tudoru dəvət edə bilər.