16/06/2022
13:58
2669
| A A A
Milan ulduz futbolçusu satışa çıxarır

Milan yarımmüdafiəçisi Aleksis Salemakerslə yollarını ayırmağı planlaşdırır.

Goal.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira tviterdə məlumat yayıb.

Mənbənin məlumatına görə, İtaliya klubu yay transfer pəncərəsində 15-20 milyon avroluq təklif alarsa, 22 yaşlı belçikalını satmağa hazırdır.

Qeyd edək ki, Aleksis son mövsümdə 46 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.