18/06/2022
19:50
734
| A A A
İtaliya klubu Fenerbahçe-də oynamış futbolçunu komandada saxladı

Udinese türk əsilli almaniyalı futbolçu Tolqay Arslan ilə müqaviləni uzatmağa qərar verib.

Goal.az xəbər verir ki, İtaliya klubu 31 yaşlı yarımmüdafiəçinin sözləşməsindəki bənddən istifadə edib. Müqaviləyə əsasən Tolqay növbəti mövsümü də Seria A təmsilçisində keçirəcək.

Qeyd edək ki, yarımmüdafiəçi daha əvvəl Beşiktaş, Fenerbahçe və Hamburg-da çıxış edib. O, 2020-ci ildən çıxış etdiyi Udinese-də 64 oyunda 4 qolla yadda qalıb. (sportal)