19/06/2022
15:27
1093
| A A A
İnter-in üzvü karyerasını bitirdi

Serbiyalı futbolçu Aleksandr Kolarov karyerasını başa vurub.

Goal.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib. İnter-in sol cinah müdafiəçisi 36 yaşında futbolla vidalaşıb.

Aleksandr Kolarov karyerası ərzində Chukarichki, Lazio, Manchester City, Roma kimi klublarda oynayıb. O, 2020-ci ilin yayından İnter-də çıxış edirdi. Kolarov başa çatan mövsümdə İnter-in heyətində 4 matçda meydana çıxıb. Müdafiəçi Serbiya millisinin heyətində 94 oyun keçirib və 11 qol vurub.