20/06/2022
11:39
2146
| A A A
Kulibali son qərarını verdi

Xalidu Kulibali Napoli-dən ayrılmaq fikrini dəyişib.

Goal.az xəbər verir ki, ulduz futbolçu artıq Neapol təmsilçisində qalmağı düşünür.

30 yaşlı mərkəz müdafiəçisi hətta yeni müqavilə zamanı maaşının azaldılmasına da razıdır. Avropanın bir neçə aparıcı klublarının maraq dairəsinə düşməsinə baxmayaraq, Seneqal millisinin üzvü hətta karyerasının sonuna qədər Napoli-də oynamağı planlaşdırır. Xalidu bu yay klubdan ayrılmasa, yeni mövsümdən Napoli-nin kapitanı olacaq.

Qeyd edək ki, Kulibali 2014-cü ildən Napoli-də çıxış edir.