22/09/2022
13:58
7330
| A A A
Mourinyonun cəzası bilindi

İtaliya Futbol Federasiyası Roma-nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Goal.az xəbər verir ki, A Seriyasının 7-ci turunda Atalanta ilə oyunda qırmızı vərəqə alan portuqaliyalı mütəxəssis 1 oyun texniki zonada yer almayacaq.

Mourinyo görüş zamanı meydana daxil olaraq futbolçusuna qarşı cərimə meydançasındakı kobudluğa görə penalti təyin etməyən hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalanmışdı. Təcrübəli mütəxəssis oyundan sonra da matçın hakimlərini tənqid etmişdi.

GÜNÜN ƏN ÇOX OXUNANLARI