22/09/2022
18:23
1958
| A A A
Genoa 9 ay sonra Şevçenko ilə müqaviləni pozdu

Genoa baş məşqçisi Andrey Şevçenko ilə müqaviləni pozub.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

46 yaşlı məşqçi 2021-ci ilin noyabrından dekabrınadək A Seriyası təmsilçisinə rəhbərlik edib. Komanda onun başçılığı altında 7 oyunda uduzub, 3 qarşılaşmada heç-heçə edib, 1 dəfə isə qalib gəlib.

Genoa ötən ilin sonunda Şevçenkonu istefaya göndərdiyini açıqlayıb. Amma sonradan məlum olub ki, mütəxəssis vəzifəsindən kənarlaşdırılıb. Onun klubla müqaviləsi isə davam edirdi.

Genoa ötən mövsümün sonunda B Seriyasına düşüb.