İtaliya klubunda yeni baş məşqçi
Cremonese-nin yeni baş məşqçisi açıqlanıb.
Goal.az xəbər verir ki, A Seriyası təmsilçisinin sükanı Davide Ballardiniyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son klubu Genoa olan mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Ballardini bir neçə gün əvvəl istefaya göndərilən Massimiliano Alvinini əvəzləyib.
Qeyd edək ki, Cremonese A Seriyasında 7 xalla sonuncu sıradadır.