Napoli-də ciddi itki
Napoli-nin futbolçusu Xviça Kvaratsxeliya İtaliya A seriyasının 19-cu turunda keçiriləcək Salernitana ilə oyunu buraxacaq.
Goal.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Luçano Spaletti matç öncəsi keçirilən mətbuat konfransında bildirib: “Kvaratsxeliya komanda ilə Salernitanaya getməyəcək. Onun qızdırması var, həkim simptomları aradan qaldırmaq üçün ona dərman verməli olub”.
Xatırladaq ki, Salernitana - Napoli görüşü sabah keçiriləcək.