Barcelona ölkə kubokunda rekorda imza atıb
İspaniyanın Barcelona klubu yeni rekorda imza atıb.
Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi buna Real Sociedad-a 1:0 hesabı ilə qalib gəldiyi ölkə kubokunun 1/4 final oyununda nail olub.
Görüşdəki yeganə qolu 52-ci dəqiqədə Usman Dembele vurub. Bu, komandanın Kral Kubokunun 121 illik tarixində 1500-cü qoludur.
Barcelona bu göstəriciyə çatan ilk klub kimi tarixə düşüb.