Napoli İtaliya A Seriyasının tarixində ən yaxşı 3-cü nəticəyə imza atıb
Napoli İtaliya A Seriyasının tarixində ən yaxşı 3-cü nəticəyə imza atıb.
Goal.az xəbər verir ki, Neapol təmsilçisi buna ilk 22 turda 59 xal qazanmaqla nail olub.
Luçano Spalettinin baş məşqçi olduğu komanda bu göstəricidə yalnız İnter (2006/2007, 60 xal) və Juventus-dan (2018/2019, 60 xal) geri qalır.
Napoli-nin futbolçusu Xviça Kvaratsxeliya isə Avropanın “Top-5” liqasında göstəricilərinə görə ən uğurlu debütantdır. Gürcüstanlı vinger A seriyasında keçirdiyi 18 matçda 9 qol vurub, 9 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Napoli son turda Cremonese-ni darmadağın edib - 3:0. Komanda cari mövsüm ölkə çempionatında yalnız İnter-ə uduzub, Fiorentina və Lecce ilə heç-heçə edib.