27/02/2023
13:00
1681
| A A A
İbrahimoviç 280 günlük aradan sonra meydana çıxıb

Milan-ın hücumçusu Zlatan İbrahimoviç 280 gündən sonra ilk dəfə meydana çıxıb.

Goal.az xəbər verir ki, bu, İtaliya A Seriyasının 24-cü turunun Atalanta ilə oyununda (2:0) baş verib. İsveçli futbolçu 74-cü dəqiqədə fransalı hücumçu Olivye Jirunu əvəzləyərək meydana çıxıb.

Xatırladaq ki, may ayında İbrahimoviç əməliyyat olunub, bundan sonra reabilitasiya prosesi keçib. 42 yaşlı hücumçu ötən mövsüm “rossonerilər”in heyətində 27 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Eyni zamanda, İtaliya Milan-ında çıxış edən Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmaları ilə oyunlar üçün İsveç millisinə çağırıla bilər. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI