04/03/2023
18:34
4148
| A A A
Napoli-nin 1 illik seriyası qırıldı

İtaliya A seriyasının 25-ci turunda evdə Lazio-ya 0:1 hesabı ilə uduzan Napoli-nin uğurlu seriyası qırılıb.

Goal.az xəbər verir ki, neapolluların evdə keçirdiyi çempionat matçlarında təxminən bir ilə yaxın davam edən məğlubiyyətsizlik seriyası sona çatıb. Komanda sonuncu dəfə ötən il martın 6-da evdə Milan-a 0:1 hesabı ilə məğlub olmuşdu.

Bu müddətdə Luçano Spalettinin komandası A seriyasında 12 qələbə qazanıb, iki dəfə heç-heç edib.

Qeyd edək ki, Neapol təmsilçisi hazırda 65 xalla İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI