08/08/2022
17:55
1519
| A A A
İslamiada: Azərbaycanlı velosipedçi sonuncu oldu

Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının 4-cü günündə Azərbaycanın 4 velosipedçisi qüvvəsini sınayıb.

Goal.az xəbər verir ki, trek velosipedində ən yaxşı nəticəni yenə Ayan Xankişiyeva göstərib. O, bir gün əvvəl olduğu kimi, yenə 4-cü yerlə kifayətlənib.

Onun həmkarı Viktoriya Sidorenko 8-ci olub.

Kişilər isə uğursuz çıxış edib. Elgün Əlizadə 17-ci, Əmral Əbdüləzizli sonuncu – 19-cu olub.