08/08/2022
20:11
3234
| A A A
İslamiada: Azərbaycan millisi ilk oyunda məğlub olub

Futbol üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb.

Goal.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda B qrupundakı ilk sınağında Səudiyyə Ərəbistanı seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qol əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə vurulub.

Bu qrupun digər görüşündə Mərakeş millisi İrana 3:0 hesabı ilə qalib gəlib. 

GÜNÜN ƏN ÇOX OXUNANLARI