09/08/2022
10:05
1640
| A A A
Çempionlar Liqasında bu gün III təsnifat mərhələsi başa çatacaq

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Goal.az xəbər verir ki, 10 qarşılaşmanın hamısı eyni gündə gerçəkləşəcək.

Azərbaycan təmsilçisi Qarabağ Macarıstanda Ferencvaros-la üz-üzə gələcək. Bakıdakı ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.

Moldova Sheriff-i Çexiyada Viktoria Plzen kollektivinin qonağı olacaq. Kişineudakı ilk qarşılaşmada Sheriff 1:2 hesabı ilə uduzub. Bu cütün qalibi pley-offda Qarabağ – Ferencvaros duelinin güclüsü ilə görüşəcək.

Mahir Emrelinin çıxış etdiyi Dinamo Zagreb komandası Xorvatiyada Bolqarıstan Lüdogorets-ini sınağa çəkəcək. Zaqreb klubu ilk matçda qalib gəlib – 2:1. Dinamo mərhələ adlayacağı təqdirdə növbəti raundda Bodo Glimt (Norveç) – Zalgiris (Litva) cütünün qalibi ilə görüşəcək. (report)