07/02/2023
18:30
1401
| A A A
AFFA qərar verdi - liqalarda sükut olacaq

Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi AFFA tərəfindən təşkil olunan bütün yaş qrupları üzrə liqaların və Region Liqasınının oyunlarında 1 dəqiqəlik sükutla yad ediləcək.

Goal.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi feysbuk səhifəsində paylaşım edilib.

"Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!", - postda qeyd olunub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI