19/07/2019
11:42
885
| A A A
Ağabala Ramazanov: "Hamı düşünürdü ki, darmadağın olacağıq"

Səbail-in hücumçusu Ağabala Ramazanovun Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyada Universitatea (Krayova) ilə cavab oyunundan  (2:3) sonra  müsahibəsi

-  Yenə fərqləndiniz, amma komandanız yenə məğlub oldu.

- Məncə, azacıq güc çatmadı. Özünüz də gördünüz ki, hesabı bərabərləşdirdikdən sonra Universitatea-nın fanatları komandalarını fitə basmağa başlamışdı. Bəlkə də ehtiyatda oyunu canlandıra biləcək bir oyunçumuz olsaydı, burdan daha yaxşı nəticəylə qayıdardıq. Bunlar keçiləsi rəqib idi. Bəlkə də burda belə hesabın qeydə alınacağına komanda və baş məşqçimizdən başqa heç kəs inanmırdı. Hamı düşünürdü ki, darmadağın olacağıq. O ki qaldı qol vurmağıma, bəli, sevinirəm, amma mərhələni rumınlar keçdi.

- Mirabdulla Abbasovla aranda anlaşma ürəkaçan olmadı. Problem nədədir?

- O, komandaya yeni qoşulub. Cəmi 1 aydır. Heç vaxt bir komandada oynamamışıq. Şəxsi münasibətlərimiz isə çox yaxşıdır. Biz həyatda dostuq.

- Komanda iki oyuna 6 qol buraxdı. Bu cür müdafiə xətti ilə çempionatda nəyə ümid edə bilərsiniz?

- Bu suala baş məşqçi cavab verə bilər. Oyunları izləyib öz tövsiyələrini verir.

- Avrokubokda da adından söz etdirən Ağabala Ramazanovun ölkə xaricinə getmək vaxtı yetişməyib?

- Özüm də böyük məmnuniyyətlə gedərəm. Bəlkə də mənimlə maraqlanan var, amma bundan xəbərsizəm.

- Başlayan kimi avrokuboklarla vidalaşdınız. Nəticə ürəkaçan deyil...

- Etiraf etmək lazımdır ki, rəqib bütün komponentlərdə bizdən üstün idi: istər beynəlxalq təcrübə olsun, istər büdcə, istər ifaçılar. Haqlarına girməyək, Universitatea bu mərhələni psixoloji cəhətdən də keçməyə hazır idi.

Amma məncə, oyuna qorxaq başladınız...

- Oyun planımız belə idi ki, ilk yarıya müdafiədən başlayaq. Fasilədən sonra isə Aftandil Hacıyev irəliyə getməyi tapşırdı. Ancaq onu deyə bilmərəm ki, start fitiylə irəli atılsaydıq, nəticə necə olacaqdı (Report).

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27572 səs