19/07/2019
17:29
2950
| A A A
Qarabağ 3 milyon dollara argentinalı hücumçu alır?

Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın transfer siyahısında adı olan daha bir futbolçu müəyyənləşib.

Argentinanın "Ole" nəşrinə istinadən məlumatına görə, Ağdam təmsilçisi bu ölkənin "Urakan" klubunun hücumçusu Lukas Qamba ilə maraqlanır.

Həmkarlarımız son vaxtlar yüksəlişdə olan 32 yaşlı forvardın hazırda 2 klubun diqqət mərkəzində olduğunu vurğulayıb. "Qarabağ"la yanaşı, Argentinanın digər komandası "Rosario Sentral" da onu heyətinə qatmaq niyyətindədi.

"Urakan" ötən il transfer etdiyi oyunçusunun qiymətinin 3 milyon dollar olduğunu açıqlayıb. Yazıda qeyd olunub ki, "Qarabağ" Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə, oyunçunu bu məbləğə almağa çalışacaq.

Qeyd edək ki, Lukas Qambanın "Urakan"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi. (matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27217 səs