19/07/2019
18:00
1975
| A A A
İnter hücumçusunu icarəyə verdi

İtaliyanın Parma klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, A Seriyası klubu elitanın digər təmsilçisi İnter-in hücumçusu Yann Karamonu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fil Dişi Sahilində olan, amma Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinmiş gənc forvard 1 illik icarəyə götürülüb. Amma Parma mövsümün sonunda onun transfer hüquqlarını da almaqla 2023-cü ilə qədər müqavilə bağlamalıdır.

Karamo Fransanın Cannes klubunun yetirməsidir. 21 yaşlı forvard 2017-ci ildə sözügedən klubdan İnter-ə transfer olunub. Geridə qalan mövsümü isə o, Bordeaux-da icarədə keçirib.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7220 səs