19/07/2019
18:34
3534
| A A A
İkardiyə növbəti təklif

İnter-in yeni baş məşqçisi Antonio Kontenin planlarında yer almayan Mauro İkardi daha bir klubun transfer hədəfindədir.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Napoli-nin maraq dairəsindədir. Futbolçu ilə şəxsi danışıqlara başlayan Neapol təmsilçisi, ona illik 7 milyon avro məvacib təklif edib. Futbolçunun bu təklifi qəbul edəcəyi halda, Napoli-nin İnter-lə rəsmi danışıqlara start verəcəyi bildirilir.

İnter-in Juventus-un da hədəfində olan futbolçu üçün azı 50 milyon avro tələb etdiyi deyilir.

İnter-lə 2021-ci ilədək müqaviləsi olan argentinalı hücumçu, son mövsümdə iştirak etdiyi 37 oyunda 17 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2013-cü ildən İnter-in şərəfini qoruyur.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7220 səs