19/07/2019
19:20
2730
| A A A
Millinin bombardiri Çin klubuna ke,di

Son olaraq İngiltərənin West Bromwich klubunda forma geyinən Salomon Rondon karyerasını Çində davam etdirəcək.

Goal.az xəbər verir ki, 29 yaşlı hücumçu Çinin Dalian Yifang klubuna keçib. Bu barədə West Bromwich-in rəsmi saytı məlumat yayıb. Rondon yeni klubu ilə 3 illik müqavilə imzalayıb. Transferin detalları açıqlanmasa da, İngiltərə mətbuatının xəbərinə görə, Dalian Yifang Rondon üçün 18 milyon avro təzminat ödəyib.

Dalian Yifang klubunun baş məşqçisi Rafael Benitesdir.

Rondon, formasını geyindiyi Venesuela millisinin də bombardiridir.