PSG 3000-ə çatdı
Fransa Liqasının 27-ci turunda Brest-lə keçirilən qarşılaşma PSG və hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Goal.az xəbər verir ki, Mbappe 2:1 hesabı ilə qalib gəldikləri oyunda fərqlənməklə PSG-nin Fransanın yüksək liqasında vurduğu qollarının sayını 3000-ə çatdırıb.
Paris təmsilçisi bu qol sayına çatan 12-ci Fransa klubudur. Bunun üçün PSG-yə 1858 matç lazım olub.
Qeyd edək ki, Mbappe bu mövsüm Fransa Liqasında 23 oyuna çıxıb, 19 qol vurub və 3 qol ötürməsi edib.