24/10/2016
18:13
679
| A A A
"Marseille"in futbolçusu əməliyyat olunub

"Marseille"in yarımmüdafiəçisi Abu Diabi bir müddət komandasına kömək edə bilməyəcək.

Goal.az xəbər verir ki, topuğundan əməliyyat olunan futbolçu 4 ay reablitasiya keçəcək. Son illər tez-tez zədələnən fransalı havbek meydanda nadir hallarda görünürdü. Bu mövsüm o, Fransa Liqasında cəmi 2 oyuna çıxmışdı. Mövsümün əvvəlində Diabi zədələrin çoxluğundan karyerasını bitirmək istədiyini etiraf etmişdi. Buna baxmayaraq təcrübəli futbolçu işinə davam etməyi qərara almışdı.