05/11/2016
17:15
507
| A A A
Silva incikliyi unudub müqaviləsini yeniləməyə razılaşdı

PSG-nin müdafiəçisi Tyaqo Silva müqaviləsini yeniləmək barədə rəhbərliklə razılıq əldə edib. Goal.az xəbər verir ki, braziliyalı futbolçu 2019-cu ilə qədər PSG-də qalacaq. "Sambaçı"nın hazırki müqaviləsi 2017-ci ildə bitir. Parislilər bu mövsüm Çempionlar Liqasına vəsiqə qazansa, müqavilənin 1 mövsüm uzadılması sənəddə öz əksini tapmışdı. "L`Equipe"in məlumatına görə yeni müqavilə üzrə danışıqlar hələ mövsümün əvvəlindən başlanıbmış. Təcrübəli futbolçunun Rio Olimpiadasına buraxılmadığı üçün PSG rəhbərliyindən incidiyi bildirilir. Qeyd edək ki, Braziliya millisi vətənində keçirilən turnirdə ilk dəfə olaraq Olimpiya çempionu adını qazanmışdı. 

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
17911 səs