08/11/2016
12:51
3191
| A A A
PSG gənc futbolçunun məvacibini 100 dəfəyə qədər artırıb

PSG gənc müdafiəçi Prenel Kimpembe ilə müqaviləni 2021-ci ilə kimi uzadıb. Müqavilənin maliyyə tərəfləri də artıq məlumdur. Goal.az xəbər verir ki, 21 yaşlı futbolçunun aylıq məvacibi 8 mindən 170 min avroya yüksəlib. Bonuslarla birlikdə bu, 195 min avrodur. Konqo əsilli futbolçu isə ayda 250 min avro tələb edib. Bir neçə danışıqdan sonra PSG digər şərtləri yaxşılaşdırmaqla Kimpembeni razı salıb.