04/12/2016
10:28
1930
| A A A
Çempionat oyunu təxirə salındı

Fransa çempionatının 16-cı turunda keçirilən "Metz" - "Lyon" oyunu yarımçıq saxlanılıb. Goal.az xəbər verir ki, yerli azarkeşlərin atdığı fişəng "Lyon"un qapıçısı Antoni Lopeşə dəyib. Qolkiper yerə yıxılanda fişəng onun yanında partlayıb. Bununla əlaqədar baş hakim Lionel Jaffredo matçı 20-cu dəqiqədə dayandırıb və komandaları paltardəyişmə otağına göndərib. Lopeşsə xəstəxanaya aparılıb.

Fransa Futbol Federasiyası bu məsələ ilə bağlı qərarını yaxın günlərdə verəcək. Oyunun yenidən keçirilməsi mümkündür.

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
19145 səs