25/12/2016
16:35
856
| A A A
Fransa klubu satıla bilər

“Qəbələ”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Fransanın “Lille” klubu satışa çıxarıla bilər. Goal.az xəbər verir ki, klubun biznesmen Jerar Lopes tərəfindən alınması planlaşdırılır. Bu barədə məlumat klub saytında yayılıb. Lopes əvvəllər Formula 1-də iştirak edən “Lotus” klubunun sahibi olub.

Tərəflər arasında ilkin sazişin imzalandığı bildirilir. Danışıqların 2017-ci il yanvarın 20-nə qədər yekunlaşacağı və rəsmi müqavilənin bağlanacağı gözlənilir.