14/09/2018
14:45
711
| A A A
Artıq çəki başına bəla oldu

İtaliya milli komandasının futbolçusu Mario Balotelli Fransanın Nice  klubunun heyətindən müvəqqəti kənarlaşdırılıb. 

Goal.az "Football Italia"ya istinadən xəbər verir ki, səbəb 28 yaşlı hücumçunun yığma düşərgəsindən artıq çəki ilə qayıtmasıdır. Onun çəkisi 100 kq-dan da artıq olub. Təcrübəli forvard Fransa çempionatının V turunda Rennes komandası ilə səfər matçında iştirak etməyəcək.

Qeyd edək ki, Mario Balotelli ötən mövsüm Fransa çempionatında 28 oyuna 18 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.