13/10/2018
14:56
2976
| A A A
Anri Monaco-da!

Əfsanəvi futbolçu Tyerri Anri Fransanın Monaco klubunun baş məşqçisi seçilib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tyerri Anri Monaco-nun baş məşqçisi seçilib.

Monaco-nun yetirməsi olan Anri 1994-1999-cu illərdə Monaco-nun şərəfini qoruyub. Daha öncə Arsenal-ın, və Belçika yığmasının köməkçi məşqçisi kimi çalışan Anri, bir neçə gün öncə İngiltərə Çempionşipində çıxış edən Aston Villa-nın təklifini rədd etmişdir.

Xatırladaq ki, Monaco Liqa 1-də 9 turdan sonra 18-ci pillədə qərarlaşıb.