22/10/2018
15:11
2427
| A A A
“Neymarın PSG-dən ayrılması üçün heç bir səbəb yoxdur”

PSG-nin müdafiəçisi Markinos İspaniyanın aparıcı klublarının Neymara marağından danışıb. Goal.az xəbər verir ki, Real və Barcelona braziliyalını heyətdə görmək istəyir. Markinos deyib: “Hər iki kluba uğur arzulayıram. Neymarın PSG-dən ayrılması üçün heç bir səbəb yoxdur. Bildiyimə görə, “sambaçı” klubdan ayrılması ilə bağlı xəbəri təkzib edib. Komandamızın prezidentinin futbolçulara olan münasibətini hamı yaxşı bilir. Xüsusilə aparıcı oyunçuları diqqət mərkəzində saxlayır. Düşünürəm ki, Neymar burada qalacaq”. Xatırladaq ki, 26 yaşlı Neymar 2017-ci ildə Barcelona-dan ayrılaraq PSG-yə keçib. Bu mövsüm Fransa çempionatında 8 matçda meydana çıxıb. 8 qol vurub, 3 məhsuldar ötürmə edib.