02/11/2018
16:21
2066
| A A A
“Turnir cədvəlindəki vəziyyətimizi yoluna qoymaq vacibdir”-Tyerri Anri

Monaco-nun baş məşqçisi Tyerri Anri komandasının çətin vəziyyəydə olduğunu deyib. Goal.az xəbər verir ki, Monaco Fransa çempionatında 11 turdan sonra tirnir cədvəlinin autsayderləri sırasındadır. Anri deyib: “Vəziyyətimiz ağırdır. Turnir cədvəlinin aşağısında olmağımız bunu göstərir. Avropa liqasında və ya çempionlar liqasında oynamaq istəyiriksə, mübarizə aparmalıyıq. Zədəli futbolçuların olması əhəmiyyət kəsb etmir. İndiki məqamda turnir cədvəlindəki vəziyyətimizi yoluna qoymaq vacibdir. Təzyiqlər həmişə var və olacaq. Komandanın neçənci yerdə olmasından asılı olmayaraq. Mübarizə aparmaq, Monaco-ya xas oyun göstərmək lazımdır”. Anrinin komandası noyabrın 3-də ölkə çempionatının 12-ci turunda səfərdə Reims-in qonağı olacaq.