07/11/2018
15:00
6400
| A A A
Klubdan 55 milyon maaş və təyyarə istədi

PSG-nin hücumçusu Mbappe Real-ın formasını geyinə bilərmiş.

Goal.az xəbər verir ki, Madrid klubu ötən il fransıza görə Monaco-ya 214 milyon təklif edib. Amma futbolçu PSG-ni seçib. Parislilər gənc hücumçunu bir illik icarə əsasında heyətə qatıb. Satış qiyməti isə 180 milyon avro göstərilib.

Deyilənlərə görə, Mbappe 5 illik müqavilə üçün 55 milyon avro istəyib. Həmçinin “Qızıl top” alacağı təqdirdə, klubdan şəxsi təyyarə, ən yüksək məvacib tələb edib. Maliyyə üzrə feyr-pley qaydalarını pozan PSG çempionlar liqasından qovulacağı halda, Mbappeyə təzminat ödəməli olacaqdı. Paris klubu yalnız məvaciblə bağlı tələbi yerinə yetirib.