08/11/2018
13:51
804
| A A A
Bordeaux üçün 100 milyon ödənildi

Fransanın Bordeaux klubunun yeni sahibi bəlli olub.

Goal.az xəbər verir ki, Liqa 1 təmsilçisi Bordo satılıb. 1999-cu ildən Bordoeaux-un səhmlərinə nəzarət edən M6 telekanalı klubu 100 milyon avroya satıb. Klubun yeni sahibi amerikalı biznesmen Cozef Daqros olub.

Qeyd edək ki, Bordeaux hal-hazırda Liqa 1-də 11-ci pillədə qərarlaşıb.