09/11/2018
14:24
1189
| A A A
Anelka Lille-də məşqçi təyin olundu

Fransa millisinin sabiq futbolçusu Nikola Anelka məşqçiliyə başlayıb.

Goal.az xəbər verir ki, 39 yaşlı keçmiş hücumçu Fransanın Lille klubunda çalışacaq. O, bu klubun aşağı yaş qrupu üzrə komandalarında hücumçu məşqçisi kimi fəailiyyət göstərəcək. Bu barədə klubdan rəsmi açıqlama verilib:

“Lille klubu olaraq Anelka ilə anlaşdığımız üçün çox qürurluyuq. Təcrübəsi ilə gənc futbolçulara kömək edəcəyinə əminik”. Qeyd edək ki, Anelka futbolçu kayrerasını 2016-cı ildə bitirib. O, futbolçu karyerası ərzində Arsenal, Real Madrid, PSG, Chelsea, Manchester City, Fenerbahçe kimi klublarda forma geyinib.