12/11/2018
17:19
1467
| A A A
Monaco qələbə üzünə həsrətdir

Monaco özünə gələ bilmir. Komanda Fransa çempionatının 13-cü turunda PSG tərəfindən darmadağın edilib-0:4. Goal.az xəbər verir ki, klub cəmi 7 xal toplayıb və turnir cədvəlində 19-cu yeri tutur. Monaco ölkə çempionatında və digər turnirlərdə keçirdiyi ardıcıl 16 oyunda qələbə üzünə həsrət qalıb - 11 məğlubiyyət, 5 heç-heçə. Maraqlıdır ki, Fransa çempionatı tarixində 13 turdan sonra 7 xal əldə edən 14 komandadan 13- ü mövsümün sonunda aşağı dizviziona düşüb. Yalnız Ayaçço bu vəziyyətdə xilas ola bilib. 2011/12 mövsümünü klub 7 xalla 16-cı yerdə başa vurub və aşağıya yuvarlanmayıb. Knyazlıq komandası ötən ay baş məşqçi Leonardo Jardimi istefaya göndərib (7 məğlubiyyət, 3 heç-heçə). Onun postuna Tyerri Anri gətirilib. Lakin heç nə dəyişməyib. Monaco fransızın rəhbərliyi altında keçirdiyi altı matçda qalib gələ bilmir-4 məğlubiyyət, 2 heç-heçə.