13/11/2018
12:09
2564
| A A A
PSG-ni cəza gözləyir

PSG yeniyetmə futbolçuları kluba gətirməkdən mərhum ola bilər. Goal.az As nəşrinə istinadən xəbər verir ki, FİFA Paris klubunu qaydaları pozmaqda günahlandırır. Parislilər 2015-ci ildə Barcelona-nın 12 yaşlı futbolçusu Kays Ruisi qanunsuz yolla əldə edib. Məsuliyyətdən yayınmaq üçün futbolçunun atası agent kimi qeydə alınıb. Saxta sənədlər France2 telekanalında yayımlanıb. FİFA-nın qaydalarına görə, klublar yeniyetmə futbolçularla yalnız onların ailə vəziyyətini nəzərə almaqla müqavilə bağlaya bilər. PSG futbolçunun atasına saxta sənədlər hazırlamaqla qaydaları pozub. Həmçinin 12 yaşlı Ruisə 400 min avro ödənilib. Hazırda 16 yaşı olan futbolçu Paris klubunun heyətində yer alır. Onunla yeni müqavilə bağlanıb. FİFA araşdırma aprır. PSG-nin günahı sübut edilərsə, bir daha yeniyetmə futbolçu əldə edə bilməyəcək. Qeyd edək ki, Barcelona, Atletico və Real da analoji qanun pozuntusuna görə yeniyetmə futbolçuları transfer etmək hüququndan mərhum olunub.